Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi.
Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı.