İlham Əliyev Valeri Gerasimovu qəbul etdi – YENİLƏNİB

Prezident İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

13:56

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib

Məlumatda bildirilir ki, Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə danışıqlar aparmaq üçün Bakıya səfər edib:

“Danışıqlar zamanı beynəlxalq təhlükəsizliyinin aktual məsələlərinə dair müzakirələr aparılacaq”.

Məlumatda Gerasimovun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəciməddin Sadıkovla görüşəcəyi bildirilir.

COP29