Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

İlham Əliyev və Mehriban Əliyevaya xüsusi mükafat

Reklam: Sinerji Pro

Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Yubiley mərasiminin iştirakçıları prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib. O, Azərbaycan prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib. M. Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını – qızıl medalını Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Dövlət başçısı yüksək mükafatlara görə Janez Koçijançiçə və Marius Vizerə təşəkkürünü bildirib.

Mərasim konsert proqramı ilə davam edib.

www.yenicag.az

1434
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM