İlham Əliyev və nəvələri Avropa Çempionatının açılışında

dfgdfgdfBakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının Açılış Mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və nəvələri də iştirak ediblər.

Təntənəli mərasim milli geyimli oğlan və qızların ifasında rəqslə başlayıb.
Rəqsləri meydanın müxtəlif tərəflərində topla müxtəlif hərəkətləri yerinə yetirən janqlyorlar müşayiət ediblər. Onları çempionatın 16 iştirakçı komandasının bölündüyü 4 qrupdakı ölkələrin bayraqları əhatə edib. Rəqqaslar isə “Natiq” ritm qrupunun ifasında və “Sarı gəlin” xalq mahnısı altında rəqs ediblər.

Daha sonra Röya Ayxan və Miri Yusif çempionatın rəsmi himnini canlı səsləndiriblər.
Bununla da Açılış Mərasimi başa çatıb.

Mərasimin ardından Azərbaycan və Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmaları meydana daxil olublar.

Qeyd edək ki, qitə turnirinin final mərhələsində 4 qrupda 16 komanda mübarizə aparır. Qrup oyunları mayın 12-dək davam edəcək. 14-15 mayda 1/4 final, 18 mayda isə yarımfinal oyunları keçiriləcək. Turnirin final qarşılaşması mayın 21-də keçiriləcək.

Avropa çempionatının A qrupunda Azərbaycan, Belçika, Portuqaliya, Şotlandiya, B qrupunda Avstriya, Almaniya, Ukrayna, Bosniya və Hersoqovina, C qrupunda Danimarka, İngiltərə, Fransa, İsveç, D qrupunda isə İtaliya, Hollandiya, Serbiya və İspaniya komandaları yer alıb.

Oyunlar Bakı Olimpiya Stadionu, “Bakcell Arena”, “Azərsun Arena” və “Dalğa Arena”da keçirilir.