Reklam

Reklam

rtt9“Böyük İyirmiliyə” (G20) üzv və dəvət olunmuş ölkələrin dövlət başçılarının Antalyadakı sammiti davam edir.

Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirməkdədir.

ABŞ Prezidenti Barak Obama, BMT-nin baş katibi Pan Gi Mun, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud, Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər rəsmi şəxslərlə keçirilmiş görüşlərdə beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional proseslər məsələləri müzakirə olunub.

Dünən isə Türkiyədə olan dövlət və hökumət başçıları Ebru sənəti və şüşədən müxtəlif sənət əşyaları düzəldən sənətkarla tanış olublar. Rəsmilər bu sənətlərin tarixi və texniki vərdişləri haqqında məlumatlandırılıblar. Naharda və tədbirin qeyri-rəsmi hissəsində iştirak edənlər arasında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 272
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."