İlham Əliyev və xanımı Eldar Quliyevin dəfn mərasiminə əklil göndərdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.

Yenicag.az xəbər verir ki, əklillər vəsiyyətinə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın yanında dəfn edilən rejissorun məzarı önünə qoyulub.

Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.