İlham Əliyev və xanımı Tuğda Alban məbədində

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tuğda Alban məbədində olublar.

Yenicag.az-ın məlumatına görə, dövlətimizin başçısı və xanımı Tuğda Alban məbədində olublar.

Dövlət başçısı bildirib:

“Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur.

Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq”.