Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama başsağlığı verib.
Yenicag.az xəbər verir ki, başsağlığında deyilir:
“Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, görkəmli dövlət xadimi Nquyen Fu Çonqun vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Nquyen Fu Çonqun Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələrinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Biz dövlətlərarası münasibətlərimizin inkişafına Nquyen Fu Çonqun verdiyi töhfəni yüksək qiymətləndiririk. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.