İlham Əliyev xanımı ilə Türkiyəyə getdi

prezident turkiye 22 may (4)Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyəyə işgüzar səfərə gedib.

İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Azərbaycan prezidenti İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştirak edəcək. Tədbir mayın 23-24-də keçiriləcək.

Sammitdə BMT-nin baş katibi Pan Gi Mun və bir çox dünya liderləri də iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev axırıncı dəfə Türkiyəyə aprelin 13-də səfər etmiş və İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmişdi.