İlham Əliyev yeni icra baçısı təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev E.R.Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncam deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.