İlham Əliyev yeni icra başçıları təyin etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda qeyd edilir: “Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.”

***

Prezident İlham Əliyev Rüstəm Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: “Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.