İlham Əliyev yeni körpünün açılışında(Yenilənib)

Mayın 11-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

“Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Yeniçağ.az

COP29