Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.
Azərbaycanın prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.
Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər(Qafqazinfo).