İlham Əliyev Yuli Qusmanı “Dostluq”ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Yuli Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Yuli Solomonoviç Qusman “Dostluq” ordeni ilə təltif edilsin.