Reklam

Reklam

Martın 14-də Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başlanır.

Yeniçağ.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə France İnternational Radio (FİR) xəbər yayıb.

Prezident İlham Əliyevin səfəri Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25-illiyinə həsr edilib. Gözlənilir ki, tərəflər Fransa paytaxtında, həmçinin Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirə aparacaqlar.

Bu arada virtualaz.org-a məlum olub ki, Fransanın erməni təşkilatları Azərbaycan liderinə qarşı təxribat hazırlayırlar.

Belə ki, Fransa erməni təşkilatlarının “Collectif Van” nəşri bu gün bütün fransızlara müraciət edərək onları prezident İlham Əliyevin səfərinə qarşı erməni diasporunun aksiyalarını dəstəkləməyə çağırıb. Erməni diasporunun nümayəndələri öz mitinqlərini 14 martda Parisdə, Lionda və Marseldə keçirməyi planlaşdırırlar.

 

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 122
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."