Azərbaycan prezidenti İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 (on) milyon manat ayrılıb.