İlham Əliyevdən başsağlığı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

Yenicag.az xəbər verir ki, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!