!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə bağlı mühüm qərar

!Reklam – Yazi

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanda deyilir.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflər üç ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

www.yenicag.az

3607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv