İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda Ulu Öndərin aşağıdakı sözləri yer alıb: “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.