İlham Əliyevdən icra başçısı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.