Prezident İlham Əliyev M.M.Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzlayıb.
Yenicag.az sərəncamın mətnini təqdim edir:
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilsin”.
Qeyd edək ki, M.Sadırov İsmayıllı rayonunun icra başçısı olub. Bir neçə gün öncə Prezidentin sərəncamı ilə o vəzifəsindən azad edilib və yerinə Nahid Bağırov təyin edilib.