Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.