İlham Əliyevdən “Qaçqınkom” sədri ilə bağlı sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Əli Şamil oğlu Həsənovun II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, Ə. Həsənov Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə təltif edilib.