İlham Əliyevdən xalq rəssamına “Şöhrət” ordeni

Prezident İlham Əliyev avqustun 9-da xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, sənətkar bu yüksək dövlət mükafatına heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, avqustun 10-da xalq rəssamı Natiq Əliyevin 60 yaşı tamam olur.

COP29