İlham Əliyevdən yeni rektor təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Dəniz Akademiyasına yeni rektor təyin edib.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.