Prezident İlham Əliyev Rövşən Nəcəfin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az-ın məlumatına görə, sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.