!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlham Əliyevin bu təşəbbüsü qlobal miqyasda çox mühüm hadisədir” – Musa Ağayev

!Reklam – Yazi

“Bu təşəbbüsün dünyanın əksər dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycan dövlətçiliyi üçün uğurlu addımdır”.

Bu fikirləri prezident İlham Əliyevin təşəbbüsü ilə dekabrın 3-4-də BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyasının keçirilməsini dəyərləndirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında bildirib.

Musa Ağayevin fikrincə, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüsün geniş miqyasda dəstəklənməsi təqdirəlayiqdir:

“Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə BMT-nin Xüsusi Sessiyasının keçirilməsi həm Azərbaycan üçün, həm də dünyanın digər ölkələri üçün çox mühüm hadisədir.

Bununla yanaşı, mütləq qeyd olunmalıdır ki, Azırbaycan prezidentinin bu təşəbbüsü COVID-19 adlı bəşəri bəlanın nəhayət, aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsinə xidmət edir.

Bu təşəbbüsün dünyanın əksər dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycan dövlətçiliyi üçün uğurlu addımdır və bunu bütün hallarda müsbət dəyərləndirmək lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv