Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"İlham Əliyevin “CNN Türk”ə son müsahibəsi Ermənistana ciddi xəbərdarlıq mesajı oldu" - Eldar Mirzəliyev

Reklam: Sinerji Pro

Azərbaycan xalqı beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasətinə baxmayaraq 30 il ərzində masa arxasında öz həllini tapa bilməyən Qarabağ problemini 44 gün ərzində həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz tarixi torpaqlarını işğalçılardan azad edərək tarixi ədaləti, öz ərazi bütövlüyünü bərpa etdi. Müəyyən qüvvələr qəbul edə bilməsə də, Azərbaycan Şanlı Zəfəri ilə regionda yeni reallıq yaratdı.

Ermənistan xalqında millətçilik o qədər ifrat dərəcədədir ki, bu gün də zəfərimizi qəbul edə bilmirlər. Müzəffər ordumuz Şanlı Qələbəsi ilə onların yaratdıqları mifologiyanı, ideoloji sütunları məhv etdi. Bu səbəbdən də Ermənistan bu gün də ard-arda saxta xəbərlər yaymağa, sərhəddə və müvəqqəti olaraq Rusiya sülhməramlı misiyasının nəzarəti altında olan Azərbaycan torpaqlarında təxribatlar törətməyə cəhd edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “CNN Türk” telekanalına son müsahibəsi Ermənistana, onun cinayətkar və işğalçı mövqeyini dəstəkləyənlərə ciddi xəbərdarlıq mesajı oldu. Ölkə başçısı rəsmi Bakının İrəvanla sülh müqaviləsi imzalamağa və sərhədlərin delimitasiyasını həyata keçirməyə hazır olduğunu bildirən fikirləri ilə Azərbaycanın regionda sülhün tərəfadarı olduğunu bir daha nümayiş etdirdi. Həmçinin dövlət başçımız Ermənistanın hələ bu gün də Rusiya və bir sıra digər ölkələrin köməyi ilə Qarabağa silah-sursat və hərbi texnika gətirməsinə davam etməsini bölgəyə gələcək uzunmüddətli sülhə zidd olduğunu, Ermənistanın yeni müdafiə nazirinin çox məsuliyyətsiz bəyanatlar verdiyini bildirməsi ilə həm Ermənistana, həm də ona dəstək olan qüvvələrə, “Əgər həddinizi aşsanız, Azərbaycan yeni müharibəyə başlaya bilər və bununla da Ermənistan Respublikasının varlığı sual altında qalacaq”, – mesajını verdi.

Azərbaycan regionda uzun müddətli sülhə nail olmaq üçün konkret təkliflərini irəli sürüb. Zəngəzur dəhlizinin yaradılması, yolların açılması, bütün ticarət əlaqələrinin bərpası həm bizim, həm Ermənistanın, həm də digər qonşu dövlətlərin maraqlarına xidmət edəcəkdir. Ümid edirik ki, Ermənistan öz gələcəyi üçün türkofobiyanı, azərbaycanofobiyanı, ən əsası öz işğalçılıq siyasətini kənara qoyub sülh müqaviləsini imzalamağa razılıq verəcəkdir.

Zəngəzur dəhlizi adı artıq beynəlxalq leksikona da daxil edilibdir və Avropa İttifaqı da bu məsələyə də çox müsbət yanaşır. Bu o deməkdir ki, bu təklif hər kəs üçün yeni fürsətdir.

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Qərbi Zəngəzur, Mehri bölgəsindən keçərək rahatlıqla öz ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasına birləşəcəkdir, həm də qardaş Türkiyəyə daha qısa yolla gedib çatacağıq. Türkiyə – Azərbaycan birliyi artıq hər kəsə bəyandır. Qardaş Türkiyə Vətən müharibəsinin ilk saatlarında olduğu kimi hər bir məsələdə Azərbaycana siyasi və mənəvi dəstək verir. Birlik, həmrəylik və qardaşlığın sözdə deyil, əməldə olduğunu nümayiş etdirir. Şuşa Bəyannaməsi bu qardaşlıq münasibətlərin zirvəsidir.

Postmüharibə dövründə mülki əhaliyə zərər vurmaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırması Ermənistanın sülhün deyil, müharibənin tərəfdarı olduğunu sübut edir. Buna baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizləmə işləri, eyni zamanda, infrastrukturun yenidən qurulması işləri sürətlə davam etdirilir. Böyük infrastruktur layihələri – yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. Hər kəs əmindir ki, illərdir vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz torpağına, öz evinə qayıdacaqdır.

Bu günləri bizə yaşadan şəhidlərimizin qarşısında hamılıqla baş əyir, qazilərimizə təcili şəfalar və cansağlığı diləyirik!

Yaşasın Müzəffər Ali Baş Komandan !
Yaşasın Müzəffər Azərbaycan Ordusu !
Yaşasın Müzəffər Azərbaycan xalqı !

Eldar Mirzəliyev

Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,
Hüquq Məsələləri Daimi Komissiyasının sədri

www.yenicag.az

440
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100