!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin Dominik Barton ilə görüşü olub

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb.

Yeniçağ.Az AZƏRTAC-a istindaən xəbər verir ki, Dominik Barton Bakıya səfərini məmnunluqla xatırladı, Azərbaycanda gördüyü inkişaf proseslərini, iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirdi.

Söhbət zamanı McKinsey şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulandı.

Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Yeniçağ.Az

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv