!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlham Əliyevin gəncləşdirmə siyasəti qarşısında “qocalan və tükənən müxalifət””

!Reklam – Yazi

Son günlər Azərbaycan siyasi gündəmi çox zəngindir. Bir yanda Prezident İlham Əliyevin inqilabi islahatları, gəncləşdirmə siyasəti digər yanda isə ənənəvi müxalifətin gündəmdə qalmaq üçün atmaq istədiyi addımlar.

Artıq hər kəsə hava-su kimi bəllidir ki, Azərbaycanda yeni dönəmə qədəm qoyub. Bu dönəm birbaşa Prezident İlham Əliyevin iradəsi və xalqın ona dəstəyi ilə baş tutur. Ölkəmizdə gəncləşdirmə siyasəti aparılır və Ulu Öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi “xalqa və dövlətə xidmət edən hər kəsin dəyərini vermək” ənənəsinə ölkə rəhbəri İlham Əliyev də sadiqliyini göstərir. Prezident son çıxışında yaşlı nəsilə da öz etimadını və dəstəyini bu sözlərlə ifadə etdi: Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün”.

Məhz bu yanaşma Azərbaycan Dövlətinin və Dövlət başçısının vətəndaşa, məmura, yaşlı nəslə nə qədər önəm verdiyinin göstəricisi oldu.

Azərbaycan jurnalistlərinin ən yaxın dostu və dəstəkçisi olan İlham Əliyev hər zaman olduğu kimi yenə də medianı diqqətdən kənar qoymadı. O Azərbaycan mediasını izlədiyini, bəzi hallarda isə məlumatı TV vasitəsilə aldığını dedi.

Hətta Prezident ictimai nəzarəti gücləndirmək üçün təkliflər də istədi. Prezidentin fikrincə, ictimaiyyət hakimiyyətin ümumi işinə cəlb olunmalıdır: “Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik”.

Bir sözlə, Prezidentin son islahatları, kadr dəyişikliyi ölkədə müsbət bir aura yaradıb.

Məmurların qarşısında qoyulan vəzifə isə çox sadədir. Onlar vətəndaşların qayğıları ilə yaşamalıdırlar, bu onların həyat tərzinə çevrilməlidir. Rayonlarda həyat daha da dinamik xarakter almalıdır. Nəticədə vətəndaşlar məmurların fəaliyyətindən razı qalmalıdırlar, gənclər də mütləq bu işə cəlb olunmalıdır.

Azərbaycan dövlətinin gənclərə bu qədər diqqət və qayğısının fonunda isə Azərbaycan müxalifəti özünə yeni lider tapıb: 73 yaşlı Əli İnsanov…

O ənənəvi müxalifətin ətrafına toplamaq istəyir. Təsəvvür edirsiz bu yaşda olan bir insan, bütün həyatını qisasçılıq ruhunda formalaşdıran bir qoca siyasətdə “at oynatmaq” niyyətindədir. Əli İnsanov o tiplərdəndir ki, hətta Azərbaycan iqtidarına radikal münasibət bəsləyən insanlar belə onu sevmir, üzdə deməyə cəsarət etməsə də, ürəklərində söyür. Çünki Azərbaycan səhiyyəsini məhv edən, vaxtilə müxalifətçiləri hər çıxışında təhqir edən, aşağılayan, alçaldan bir adam hazırda onların liderləri ilə dəyirmi masanı paylaşır. Azərbaycan müxalifəti o qədər rəzil duruma düşüb ki, ətrafına bir nəfər də gənc toplaya bilmir.

Ölkədə bu qədər gəncləşdirmə siyasəti aparılan bir zamanda bu adamlar 73 yaşlı bir qisasçı qocaya güvənir. Çox demirəm olmazdımı ki, ən azından bir nəfər gənc də tapıb, o müşavirədə otuzdarasız. Məncə müsavatçılar üçün də İsa Qəmbərə sən genetik xəstəsən deyən adamdansa, heç kimin tanımadığı, ancaq kreativ ideyaları olan yeni bir sima lazım idi.

Amma və lakin… bu adamlar müxalifəti manopoliyaya aldıqlarına görə heç kimə yol verməyəcəklər. Müxalifətdə öldü var, döndü yoxdur prinsipi ömürlərinin axırına qədər davam edəcək.

Yazımı Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Kommersant”qəzetini verdiyi açıqlama ilə bitirmək istərdim:

“Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən insanlar artıq xalqı bezdirib. Cəmiyyətə hökumətin diqqətini bu və ya digərə məsələyə yönəldən, hökumətin ünvanına sağlam tənqidlər səsləndirən konstruktiv müxalifət lazımdır, polisə daş atan müxalifət yox”.

Hacıbəy Heydərli,

Azxeber.com saytının baş redaktoru

www.yenicag.az

4108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv