!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin İngiltərə səfəri Türkiyə ilə Qərb münasibətlərinə necə təsir göstərəcək?

!Reklam – Yazi

“Bilirsiniz ki, son zamanlar Qərblə Türkiyə arasında münasibətlərdə müəyyən gərginlik yaşanır. Bu mənada düşünürəm ki, Türkiyə ilə Qərb arasında münasibətlərin yumşalması üçün yəqin ki, İlham  Əliyevin vasitəçiliyinə ehtiyac yaranıb. Fikrimcə, məhz ona görə də Azərbaycan prezidenti Londona dəvət edilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan prezidentinin Türkiyədən sonra Böyük Britaniyaya olan səfərini şərh edərkən siyasi icmalçı Azər Həsrət deyib.

Onun bildirdiyinə görə, səfər çərçivəsində həmçinin Yaxın Şərq, Rusiya-Qərb qarşıdurması, iqtisadi məsələlər də diqqət mərkəzində ola bilər:

“Bildiyiniz kimi, son zamanlar Türkiyə ilə Qərb arasında, xüsusən də Yaxın Şərq böhranı fonunda,  müəyyən soyuqluq hiss olunmaqdadır.  Azərbaycan isə Türkiyə ilə başqa dövlətlər arasında münasibətlərin gərginləşdiyi zaman sözünü deməyi və münasibətləri yumşaltmağı bacaran bir dövlətdir. İlham Əliyevin şəxsi keyfiyyətləri hər zaman bu münasibətlərin yumşalmasına öz töhfəsini verib. Məsələn, Rusiya ilə Türkiyə arasında münasibətlərin soyuması fonunda məhz İlham Əliyev hadisələrə müdaxilə edərək, hər iki ölkə arasında korlanan münasibətlərin yaxşılaşmasına kömək edib.

Qərb də başa düşür ki, bu istiqamətdə vasitəçi rolunda çıxış edə biləcək şəxs məhz Azərbaycan prezidentidir. Çünki, İlham Əliyev həm Qərb standartlı bir liderdir, həm də Türkiyə ilə çox yaxın münasibətləri var. Bu münasibətlərin düzəlməsi üçün  fikrimcə, İngiltərə Qərbin ümumi vasitəçisi rolunda çıxış edir. İlham Əliyevi bu mənada  qarşı tərəfin ümumi vastəçisi kimi gördüklərindən onu qəbul edirlər. Böyük Britaniya dünyanın söz sahibi olan ölkələrindən biridir.  Həmçinin, bu ölkə ABŞ-ın ən yaxın tərəfdaşıdır. Ümumiyyətlə, dünyada baş verən proseslərdə ABŞ-a dəstək verə biləcək və yaxud dəstək ala biləcək ilk ölkə məhz Böyük Britaniyadır. Bu mənada İlham Əliyevin Londona dəvət edilməsi əlbəttə ki, sevindirici haldır. Bu həm də Azərbaycanda baş tutan prezident seçkilərinin nəticələrini şübhə altına almaq istəyən qüvvələrə də bir müsajdır.  Böyük Britaniya Azərbaycan prezidentini ölkəyə dəvət etməklə həmin mübahisələrə qoşulmadığı və Azərbaycandakı seçkinin nəticəsini şübhə altına almadığını nümayiş etdirdi. Eyni zamanda, bu dəvətlə London Bakı ilə daha yaxın iş birliyində maraqlı olduğunu ortaya qoymuş oldu”.

Ekspert bu qənaətdədir ki, həmin səfər çərçivəsində Yaxın Şərqdəki hadisələr, Rusiya-Qərb qarşıdurması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi istiqamətində atdığı addımlar, ölkəmizdən keçməklə şərqlə qərbi birləşdirən kommunikasiya xətləri kimi məsələlər müzakirə edilib:

“Yəni hər iki ölkəni maraqlandıran bu kimi məsələlər və digər qlobal məsələlərin səfər çərçivəsində müzakirə predmeti olacağı istisna deyil. Bu səfər bir daha onu təsdiqləyir ki, Azərbaycan və onun prezidenti qlobal səviyyədə qəbul edilir və dəyər verilir”.

Qeyd edək ki, Türkiyə səfərindən dərhal sonra Azərbaycan prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin dəvətilə bu ölkəyə səfər edib.

ELÇİN

www.yenicag.az

5050
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv