Almaniyanın Bavariya regionunun paytaxtında yekunlaşan 60-cı Münhen Təhlükəsizlik Konfransı bir sıra fərqli amillərlə tarixin səhifələrində qalacaq.
Budəfəki konfransın əsas özəlliyi ondan ibarətdir ki, Azərbaycandan olan nümayəndə heyəti Münhendə ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş bir ölkəni təmsil edirdi.
Azərbaycan siyasətçilərinin Münhen Təhlükəsizlik Konfransının yüksək tribunasından, kuluarlarında çıxış edərək dünya ictimaiyyətinin vicdanını oyatmaq, gözləntilərimizin anlaşılması, ədalətin bərpası ümidi ilə etdikləri çıxışlar artıq geridə qaldı.
Əvvəlki bütün illərdə Azərbaycan dünyanın güclü dövlətlərini vicdanlı olmağa dəvət edib. Yeri gəlmişkən, bu elə həmin o güclərdir ki, uzun illər boyu heç bir cəza almadan pozulan beynəlxalq hüququ tərtib etməklə öyünürdülər.
Bu dəfə Azərbaycan Respublikasının “bir nömrəli təyyarəsi” Münhenə beynəlxalq hüququn bərqərar edilməsinə kənardan kömək almadan, tam müstəqil şəkildə nail olan qalib komandanı aparmışdı. Yəqin ki, məhz elə bu xüsus indiki konfransın daha bir özəlliyini – qalib Prezidentlə görüş üçün yaranan uzun növbəni – izah edir.
Daha ətraflı Caliber.az-ın yeni süjetində: