“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir” – Səbuhi Abbasov

Xəbər verdiyimiz kimi, iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycanın növbəti siyasi uğuruna münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov bu hadisənin ölkəmizin dünyanın siyasi mənzərəsində tutduğu mühüm yerin isbatı olduğunu dedi:

“Prezident İlham Əliyevin son 20 ildə apardığı uğurlu siyasi gedişləri ölkəmizin beynəlxalq aləmdə nüfuzunun durmadan arması ilə nəticələnir. Azərbaycanın Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşünə ikinci dəfə dəvət olunması dövlətimizin, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki mühüm rolunu, dünya liderləri arasındakı böyük nüfuzunu əyani təqdimatı idi.

Görünən odur ki, digər mühüm beynəlxalq platformalar kimi, ŞƏTdə geosiyasi reallıqları düzgün dəyərləndirir. Bu platformada dünyanın ən nüfuzlu və mötəbər qurumları təmsil olunur. Azərbaycanın artan siyasi və iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, icra etdiyi böyük layihələr ölkəmizi dünyanın cazibə mərkəzinə çevirib.

Ölkəmizin sahib olduğu tranzit və nəqliyyat-logistika imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasına verdiyi ciddi dəstək ŞƏT-ə üzv dövlətlərin diqqətini cəlb edir və onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Təşkilatın təsisçilərindən olan Qazaxıstan prezidenti Azərbaycanın gələcəkdə bu mötəbər quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verməsi isə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

Azərbaycan 2020-ci ildə BMT-nin icra olunmayan qətnamələrini icra etdi və bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar dünyanın iqtisadi, logistika siyasətini yeni mərhələyə daşımışoldu. Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri tək siyasi deyil, eyni zamanda, iqtisadi tribunadır.

Xüsusi vurğulamalıyam ki, bütün dünya həm də İlham Əliyevin dünya liderləri ilə münasibətini təhlil etməkdədir. Bu münasibətlər birbaşa İlham Əliyev faktorunun tək regionda deyil, bütün dünyada mühüm rol oynadığını göstərdi”

COP29