Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Pakistan ərazisinə daxil olarkən müşayiət üçün qırıcılar havaya qaldırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.
“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!” – paylaşımda deyilir.