İlham Əliyevin prezidentliyə namizədliyi təsdiqləndi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Yenicag.az-ın məlumatına görə, MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin prezidentliyə namizəd kimi təsdiq olunması üçün əsaslar mövcuddur. Daha sonra qərar səsverməyə çıxarılıb və MSK üzvləri İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

COP29