!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin Şuşadan verdiyi mesajlar - Baş redaktordan ilginc şərh

!Reklam – Yazi

“Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşaya səfəri tarixi səciyyə daşımaqla bərabər, bir çox mesajlarla zəngindir. Bu mesajlar isə Azərbaycan adından bütün dünyaya verilir”.

Bunu Yenicag.az-a verdiyi açıqlamada AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı deyib.

Baş redaktor bildirib ki, Azərbaycanın işğaldan azad edilən bölgələrinə səfərlər edən Prezident Əliyevin Şuşaya yollanması cəmiyyətimiz tərəfindən xüsusi maraqla gözlənilirdi:
“Diqqətdən qaçmadı ki, Prezident Şuşaya 39 ildən sonra eyni ərəfədə getdi. Bilirsiniz ki, 1982-ci ilin 14 yanvarında Şuşada ulu öndər Heydər Əliyev tərəfindən Vaqifin məqbərəsi açılmışdı. Həmin səfər zamanı 21 yaşlı İlham Əliyev də atası ilə birlikdə idi. Prezident 21 il öncə həmin səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçdi. Bununla həm ulu öndər Heydər Əliyevi andı, həm öz gənclik xatirələrini ifadə etdi, həm də Şuşanın əzəli Azərbaycan torpağı olmasını dünyaya çatdırdı”.

Siyasi analitikin fikrincə, prezidentin Şuşaya səfəri barədə Mehriban xanım Əliyeva tərəfindən Bakıdan paylaşım edilməsi də təsadüfi olmayıb: “Səhər saatlarında Mehriban xanım paylaşım edərək dövlət başçısının Şuşaya yola düşdüyünü açıqladı. Qısa zamanda bu paylaşım sosial şəbəkələrdə trendə çevrildi, saytların manşet xəbərinə döndü. Bununla hər kəsə mesaj verildi ki, Azərbaycan prezidenti, birinci vitse-prezident, Leyla xanım Əliyeva Şuşaya gedir və təhlükəsizlik baxımından heç bir narahatçılıq yoxdur. Bu, istər 10 noyabrdan öncə, istərsə də sonrakı tarixlərdə Dağlıq Qarabağa gizli səfərlər edən Ermənistan rəhbərliyə yüksək peşəkarlıqla endirilmiş mənəvi-psixoloji zərbə idi”.

Taleh Şahsuvarlı xatırladıb ki, 8 noyabr 2020-ci ildə Şuşa Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin bilavasitə rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı çərçivəsində Azərbaycana qaytarılmış, tarixə şanlı “Zəfər günü” kimi yazılmışdı:

“Ancaq bu gün İlham Əliyev Üzeyir bəy Hacıbəylinin heykəlini yenidən öz torpağına, yerinə-yurduna aparmaqla Şuşanı Şuşaya qaytardı. Çünki Üzeyir bəy Azərbaycan ruhunun, azərbaycanlı şüurunun ən böyük təmsilçilərindən biridir və onun heykəlinin yenidən Şuşada ucalması olduqca böyük simvolik məna daşıyır. Bəli, Üzeyir bəy milli identifikasiya kodlarımızdan biridir və bu gün İlham Əliyev onun heykəli ilə həm Şuşanı Şuşaya, həm də bütün Azərbaycanı, bütöv Azərbaycanı Şuşaya qaytarmış oldu və bir daha dedi: “Əziz Şuşa, sən azadsan”!

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv