Türkiyənin paytaxtı Ankara şəhərinin Qızılay Meydanında “15 Temmuz” sərgisi açılıb.
Qeyd edək ki, Azərbaycan sözügedən hadisə baş verdiyi an Türkiyənin yanında olan ilk ölkədir.
Eyni zamanda, xatırladaq ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Azərbaycanda 2016-cı il iyulun 15-i gecəsi Prezident İlham Əliyevin qardaş ölkə üçün keçirtdiyi narahatlığı dilə gətirmişdi:
“Şəxsən mən, Azərbaycan Prezidentinin köməkçisi kimi şahidəm ki, cənab Prezident səhərə kimi o gecənin ciddi sarsıntılarını yaşadı. İlk olaraq, səhər açılar-açılmaz bu məsələyə öz münasibətini bildirdi, xain cəhdləri pislədi və qiymətini verdi. Ötən müddətdə Azərbaycan Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması istiqamətində qardaş ölkəyə tələb olunan bütün dəstəyi verdi”.