İlham Əliyevin Türkiyəyə səfəri rəsmən açıqlandı

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Prezident İlham Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, bu, İlham Əliyevin yeni prezident seçilməsindən sonrakı ilk rəsmi səfəri olacaq. Bu barədə ilk məlumatı aprelin 19-da Yenicag.az saytı yaymışdı.