İlham Əliyevin Türkmənistana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.

Yenicag.az xəbər verir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər yola salıblar.