İlham Əliyevin xüsusi nümayəndəsi İrana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün axşam saatlarında Tehrana səfər edəcək.

Yenicag.az xəbər verir ki, Xələf Xələfovun İrana səfəri və İranın yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli münasibətlər və regionda baş verən hadisələrin gedişatı ilə bağlı məsələlər diqqət mərkəzində olacaq.

Mənbə: “NourNews”