Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanla martın 29-da Vyanada baş tutan görüş barədə fikirlərini bölüşüb.
V. Putin Bakı ilə Yerevan arasında danışıqlar prosesinin aktivləşməsinin vacibliyini qeyd edib. O, Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarının axtarıb tapılmasına bundan sonra da yardım etməyə hazır olduğunu söyləyib.
ONA