İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Yenicag.az xəbər verir ki, görüş dekabrın 14-də keçiriləcək Azərbaycan-Türkiyə-Türkmənistan Liderlər Zirvəsi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, birinci liderlər zirvəsi  Türkmənistanın “Avaza” milli turizm zonasında keçiriləcək.