İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya Prezidenti eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

Məlumata görə, tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda Dağlıq Qarabağla bağlı əksini tapan müddəaların həyata keçirilməsinin praktik aspektlərini nəzərdən keçiriblər.