İlham İsmayıl: “Şuşa Bəyannaməsi Azərbaycana qarşı bütün iddiaların üstündən qalın xətt çəkdi” –   VİDEO

“Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi müxtəlif müqavilələrlə möhkəmləndiriləcək”.

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladıqları Şuşa Bəyannaməsini Azərbaycan adına tarixi nailiyyət kimi qiymətləndirib.

İlham İsmayıl qeyd edib ki, Azərbaycanla Türkiyə arasında ən müxtəlif sahələr üzrə müttəfiqlik münasibətlərini təmin edəcək Şuşa Bəyannaməsinə uyğun olaraq, əlavə sənədlər də imzalanacaq: