İlham Mirzəyev türk serialına çəkilir – Məşhur aktrisa ilə…

Teleaparıcı İlham Mirzəyev Türkiyə şou-biznesinə qatılır. İllərin aparıcısı indi də özünü aktyor kimi sınayacaq.

Bu barədə Yenicag.az-a açıqlamasında teleaparıcı özü məlumat verib:

“Türkiyədə möhtəşəm bir seriala dəvət almışam, artıq çəkilişlərə başlanılıb. Sevgisi yarımçıq qalan nakam bir sevgili obrazını canlandırıram. Tərəf müqabilim, nəinki Türkiyədə, bütün dünyada məşhur olan və çoxlarının xəyal etdiyi bir aktrisadır. Yaxın günlərdə, onun adını açıqlayacam. Bu serial nəinki Azərbaycanda, bütün dünyada məni sevdirəcək.
Üç il əvvəl çalışdığım telekanalda bir layihəm var idi, Türkiyənin möhtəşəm aktyorları ilə müsahibələr edirdim. “Möhtəşəm Yüzyıl” serialının bütün aktyorları ilə müsahibələrim olmuşdu. Seriala dəvət almağıma da elə bu tanışlıq vəsilə oldu”.

Serialda çəkilmək üçün vəd olunan qonorarın məbləğinə gəldikdə isə, Mirzəyevin cavabı belə oldu: “Türkiyədə verilən qonorarın məbləğindən hər kəs xəbərdardır. Kommersiya sirri olduğu üçün hələlik açıqlamıram. Lakin məbləğ çox yüksəkdir”.

Cəvahir