İlham Mirzəyev üzə çıxdı – FOTO

Keçmiş teleaparıcı İlham Mirzəyev uzun fasilədən sonra üzə çıxıb.

Yenicag.az xəbər verir ki, azadlığa çıxandan sonra mətbuatdan uzaq gəzib-dolanan aparıcı Mətanət İsgəndərlinin qızının toy mərasiminə qatılıb.

Toyda çəkilən fotonu müğənni Nazənin sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, İ. Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. Aparıcı 2016-cı ildə həbsdən azad edilib. O, uzun illər Space kanalında müəllif verilişlərində aparıcılıq edib.

Cəvahir