İlham Zəkiyev Həcc ziyarətinə getdi – foto

56449_okej4s42oeQarabağ qazisi, cüdo üzrə ikiqat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyev müqəddəs torpaqlara ayaq basacaq.

Əfsanəvi cüdoçu Avropa Oyunlarından sonra Həcc ziyarətinə getməyi arzulayırdı. Nəhayət, o, arzusuna çatıb və müqəddəs torpaqlara doğru yola düşüb. İdmançımız yola düşməmişdən öncə ailəsi, dostları, sevdikləri ilə halallaşıb.

Qeyd edək ki, Zəkiyev müsahibələrinin birində Həcc ziyarətinə getmək istəyini belə açıqlamışdı:

“Mən ad və titul üçün ziyarətə getmirəm. Heç vaxt istəməyəcəm ki, məni hacı İlham Zəkiyev kimi çağırsınlar. Bəlkə hansısa idmançı arzu edib ki, Avropa Oyunlarında qalib gəlib, özünə bahalı avtomobil, ev alsın. Bu, onun şəxsi işidir. Niyə də almasın?! Mənim arzum Avropa Oyunlarından sonra Həcc ziyarətinə getmək idi və gedirəm də”(publika).