!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Zəkiyev: “Rioda mənə qarşı haqsızlıq oldu”

!Reklam – Yazi

ilhamzekiyevİkiqat Paralimpiya, ikiqat Dünya, 6 dəfə Avropa çempionu, I Avropa Oyunlarının qalibi, Qarabağ qazisi İlham Zəkiyev Yeniçağ.az-a müsahibə verib. Əfsanəvi cüdoçu müsahibəsində qarşılaşdığı haqsızlıqdan və gələcək planlarından danışıb.

– İlham müəllim, Rioda keçirilən Paralimpiya oyunlarından sonra nə işlə məşğulsunuz?

– Təbii ki, boş dayanmamışam. Çünki növbəti Paralimpiya Oyunlarına hazırlaşıram. Bundan əlavə 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları da bizi gözləyir.

– Rioda hər kəs sizdən 4-cü medalı gözləyirdi. Hətta 3-cü qızılı… Ancaq istədiyimiz nəticə olmadı. Bu sizdə ruh düşkünlüyü yaratmayıb?

– Təbii ki, yox. Çünki hamı çox gözəl bildi ki, Rioda mənim səhhətimdə problem yaşandı. Təzyiqim birdən-birə 45-ə düşdü. Hətta həkimlər tatamiyə çıxmağımı məsləhət bilmirdilər, qadağan edirdilər. Ancaq buna baxmayaraq mən geri çəkilmədim və sona qədər mübarizə apardım. Təəssüf ki, medal qazana bilmədim.

Sağ olsun, cənab Prezident buna görə məni diqqətdən kənarda qoymadı. Bildiyiniz kimi fəxri diplomla təltif olunmuşam. Bu da həm yeni qələbələr qazanmağımıza, həm də daha əzmlə məşq etməyimizə stimul verir.
Yəni Allah zədədən qorusun, bundan sonra da Azərbaycanı layiqli şəkildə təmsil etmək üçün əlimdən gələni edəcəm.

– Məğlubiyyətə baxmayaraq, xalqın gözündə hələ də əfsanəvi cüdoçu kimi sevilirsiniz.

– Bu, mənim üçün çox sevindiricidir. Mən də buna layiq olmağa çalışıram. Bu sevginin səbəbini sevənlərdən soruşmaq lazımdır. Doğrudan da bu, məni çox sevindirir. Xəbərim var ki, məni xalqımız istər sosial şəbəkələrdə, istərsə də real həyatda necə dəstəkləyib. Anladım ki, mən Azərbaycanı sevdiyimdən qat-qat artıq xalqımız da məni sevir. Bu sevgi də mənim üçün böyük təsəlli oldu.

– Prezidentlə görüş zamanı Riodakı uğursuzluqla bağlı nə danışıldı?

– Mən cənab Prezidentə bildirdim ki, xəstələndiyim üçün qalib gələ bilmədim. O da dedi ki, “xəbərim var, İham, sən onsuz da bizim qəhrəmansan”.

– Bildirdiniz ki, 2017-ci il üçün İslam Oyunlarına hazırlaşırsız. Hansı medala ümid edirsiniz?

– İnşallah, çalışacam ki, mükafatım “qızıl” olsun. Ancaq bir az öncə də söylədiyim kimi, Allah zədədən qorusun. Bundan sonra isə öhdəmizə düşəni edəcəyik.

– İlham müəllim, Rioda haqsızlıqların olması ilə bağlı çox yazıldı. Bir də sizin özünüzdən bu barədə eşitmək istərdik. Siz hansı haqsızlıqlarla üzləşdiniz?

– Öncə onu qeyd edim ki, Riodakı Paralimpiya Oyunlarının təşkilatı çox aşağı səviyyədə idi. Karyeram ərzində 4-cü dəfədir ki, Paralimpiya Oyunlarının iştirakçısı oluram. Ancaq heç biri bu qədər zəif təşkil olunmamışdı. Bərbad təşkilatçılıq vardı. Bəli, mənə də haqsızlıq oldu. Çünki Rioda məğlub olduğum idmançı paralimpiyaçı deyil, olimpiyaçı idi. Yəni ötən olimpiya oyunlarının iştirakçıları Rio paralimpiyadasında çox idi.

Aygün İlqarqızı

Yenicag.az

 

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv