!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İlhamə ilə bağlı: “Ölüm xəbərini eşidəndə şok oldu”

!Reklam – Yazi

Bu gün xalq artisti İlhamə Quliyevanın xatirə günüdür.

Mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər Yenicag.az-a mərhum xalq artistindən danışıb:

“İlhamə xanımla Tahir Əkbər dost idi. İlhamə xanımın ən son mahnısını – Avropa Oyunlarına həsr olunmuş “Yaşa idman bayramı” adlı musiqini də Tahir yazmışdı. Həmin əsərdən sonra İlhamə Tahiri evinə qonaq çağırıb, qonaqlıq verdi. Tahir İlhamə xanımı sənətkar kimi yüksək dəyərləndirib. Deyirdi, İlhamə o sənətkarlardandır ki, studiyaya girməklə mahnını oxuyub çıxmağı bir olub. Çox mərd xanım idi. Tahir ağız açmağı, problemlərini dilə gətirməyi xoşlayan adam deyildi. Bunu İlhamə xanım da bilirdi. O, Tahirə söz vermişdi ki, ona ev almaqda kömək edəcək. Çünki onun hökumət adamları ilə münasibətləri çox yaxşı idi. Amma əcəl aman vermədi. Onun ölüm xəbəri gələndə Tahir beyin əməliyyatından yenicə çıxmışdı. İstədim, bu ağır xəbəri ondan gizlədim, alınmadı. İlhamə xanımın qəfil ölümü Tahiri çox sarsıtdı, şok oldu, hönkür-hönkür ağladı. Onu iki gün sakitləşdirə bilmədim”.

Cəvahir

www.yenicag.az

4343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv