Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dünən Binəqədi rayonu, 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığı barədə lent.az saytı məlumat yayıb.
Məlumata görə, O.Nadirov Səbuhi Bayram oğlu Əliyevin şəxsi azadlığa çıxardacağına söz verərək, Kənan Əliyev və Mehman Umudovdan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis-polkovnik leytenantı İlham Babayev Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib:
“Bəli, Orxan Nadirov saxlanılıb. Cinayət məcəlləsinin 178,03.02 maddəsi ilə başlanan cinayət i işi üzrə axtarışda olan O. Nadirov polis əməkdaşlarının axtarış tədbirləri nəticəsində tutulub”.
Cəvahir